İsveçrə Almaniyaya doqquz Leopard 2 tankı göndərdibackend

İsveçrə Ukrayna Silahlı Qüvvələrinə verilə bilməyən 25 Leopard 2A4 tankından ilk doqquzunu Almaniyaya göndərdi. Bu barədə İsveçrənin Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyinin saytında məlumat verilib.

“Bu gün 25 Leopard 2A4 döyüş tankından ilk doqquz ədədi istehsalçı Rheinmetall Landsysteme GmbH şirkətinə təhvil verilib”, – departamentdən bildirilib.

İlk çatdırılma üçün dəmir yolu nəqliyyatından istifadə edildi. Nazirlik qeyd edib ki, qalan 16 tank yanvarın sonuna kimi Almaniyaya təhvil veriləcək.

Mənbə: TASS