Ukraynada doğum səviyyəsi dünyada ən aşağı səviyyəyə çatıb

Ukraynada doğum səviyyəsi dünyada ən aşağı göstəricidir. Bu barədə Britaniyanın “Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

İndi Ukraynada reproduktiv yaşda olan qadına orta hesabla 0,7 uşaq düşür. Bu, bütün dünyada ən aşağı doğum səviyyəsidir.

Məqalədə deyilir ki, bu tendensiya ölkədən kütləvi mühacirətlə birləşərək Ukraynanın sağ qalmasını sual altına qoyur.

Mənbə: A Haber

Oxşar xəbərlər