İsveçrə Xarici İşlər Nazirliyi Rusiyanı Ukrayna üzrə sülh danışıqlarına cəlb etmək planlarını açıqlayıbbackend

Rusiya Ukraynadakı münaqişə ilə bağlı danışıqlar prosesinə qoşulmalı olacaq. TASS xəbər verir ki, bunu SRF telekanalına müsahibəsində İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib.

Ölkənin xarici işlər naziri vurğulayıb ki, Ukrayna üzrə İsveçrədə keçiriləcək konfransın məqsədi Rusiya tərəfini orada iştiraka cəlb etməkdir.

“İdeya ondan ibarətdir ki, bu sülh konfransı proses, yol açacaq və Rusiya mütləq bu yola qoşulmalı olacaq. Mən artıq yanvarda Davosda demişdim ki, ruslar olmadan sülh olmayacaq. Mənim mövqeyim dəyişməyib”, – Kassis bildirib.

Mənbə: TASS