İtaliya A seriyasına yüksələn komanda “Qalatasaray”ın ulduzunu istəyirbackend

İtaliya A seriyasına yüksələn “Komo” klubu Türkiyənin “Qalatasaray” komandasının hücumçusu Mauro İkardinin transferində maraqlıdır.

Məlumata görə, komanda güclü heyət yaratmaq üçün ulduz futbolçuları transfer etmək istəyir.

“Komo” klubu “Qalatasaray”a Mauro İkardi üçün təklif göndərsə də, Türkiyə nəhəngi futbolçunun keçidinə icazə verməyib.

Qeyd edək ki, “Komo” klubu Mauro İkardidən başqa, “Lester Siti”dən (İngiltərə) Ceymi Vardi və “Marsel”dən (Fransa) Xoakin Korrea üçün təklif göndərib.

Mənbə: Sporx.com