“Mançester Siti” “Tottenhem”i məğlub edibbackend

İngiltərə Premyer Liqasının (APL) 37-ci turunun matçında “Mançester Siti” London “Tottenhem”indən güclü olub.

Böyük Britaniyanın paytaxtında, “Tottenhem Hotspur” stadionunda 61 065 tamaşaçının iştirakı ilə keçirilən görüş Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın 2:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 51-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Kevin De Bruynenin ötürməsindən fərqlənən norveçli hücumçu Erlinq Haaland açıb. Oyunun 91-ci dəqiqəsində İspaniya “Spurs”un müdafiəçisi Pedro Porronun kobud oyundan sonra penaltini dəqiq yerinə yetirən Haaland dubl edib.

Bu qələbədən sonra “şəhərlilər” 88 xal toplayaraq ən yaxın izləyicisi London “Arsenal”ını iki xal qabaqlayaraq İngiltərə çempionatının turnir cədvəlində birinci yeri təmin ediblər. “Tottenhem” 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.

Mənbə: TRT spor