AnTuTu bençmarkının tərtibatçıları Android smartfonlarının performans reytinqini yeniləyiblər.
2023-cü ilin iyun ayında MediaTek Dimensity 9200+ çipi ilə flaqman Vivo X90s zirvəni tutdu.
Yeni Vivo X90s AnTuTu-da demək olar ki, 1,62 milyon xal toplayıb. Snapdragon 8 Gen 2 çipsetinə əsaslanan növbəti iQOO 11 Pro 1,6 milyon xala malikdir. Üçüncü yeri bençmarkda 1,59 milyon xal toplayan iQOO 11 tutub.
Üst hissəyə həmçinin oyun smartfonu Asus ROG Phone 7 Pro, iQOO Neo8 Pro, Nubia Red Magic 8 Pro, Oppo Find X6 Pro, Xiaomi 13 Ultra, OnePlus 11 və Meizu 20 Pro daxildir.
Qeyd olunur ki, statistik məlumatlar 2023-cü il iyunun 1-dən iyunun 30-dək toplanıb. Reytinqdə ən azı min testin nəticələrinə dair orta məlumatlardan istifadə edilib.
Mənbə: Autotech
