Litva Xarici İşlər Nazirliyi Ukraynanın NATO-ya dəvət olunmasını dəstəkləyir

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Ukrayna NATO-ya üzv olmaq üçün geriyə qüvvəsi olmayan dəvət almalıdır. LRT telekanalı xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Biz çalışmalıyıq ki, Kiyevə NATO-ya üzv olmaq üçün aydın və geriyə qüvvəsi olmayan dəvət verilsin”.

Bundan əvvəl Ukrayna və Litvanın müdafiə nazirləri Aleksiy Reznikov və Arvydas Anusauskas Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak edəcəyi Vilnüsdə keçiriləcək NATO sammitindən gözləntiləri müzakirə ediblər. Bu barədə Reznikov Twitter hesabında məlumat verib.

Bundan əvvəl Zelenski bildirib ki, Ukrayna NATO sammitindən əvvəl döyüş meydanında nəticə göstərməlidir.

Oxşar xəbərlər