Kamboca Taylandla atəşkəsi pozduğuna dair iddiaları rədd edibbackend

Kamboca hakimiyyəti Tailandın atəşkəsi pozmaqda ittihamlarını rədd edib.

Bu barədə “Khmer Times” qəzeti Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi Mali Soçeata istinadən məlumat yayıb.

O, Kambocanın gecə yarısı qüvvəyə minən atəşkəs razılaşmasına ciddi əməl etdiyini bildirib.

Bundan əvvəl Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib.

Həmin ərəfədə Malayziyanın baş naziri Ənvər İbrahim Tailand və Kambocanın 24 saat ərzində atəşkəs barədə razılığa gəldiyini bildirib.