Kamçatkada on balıqçının olduğu qayıq aşıb. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb.
Balıq emalı zavodunun işçiləri Ust-Bolşeretski rayonunda Opala çayına tor düzürdülər. Bir anda dalğalar qalxdı və qayıq çevrildi.
44 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində boğularaq ölüb. Doqquz nəfər suda kömək gözləmədən özbaşına sahilə çıxıb.
Əməyin mühafizəsi tələblərinə əməl olunmasını prokurorluq yoxlayır.
Mənbə: gazeta.ru













