Xorvatiyalı futbolçu Ronaldoya qoşulmağa yaxındır

Səudiyyənin “Əl-Nasr” futbol klubu “İnter”in və Xorvatiya millisinin futbolçusu Marselo Brozoviçi almağa yaxındır.

Bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqlar yekun mərhələdədir.

Brozoviç 2015-ci ildən “İnter”in oyunçusudur. Ötən mövsüm xorvatiyalı 40 matçda iştirak edib, o, üç qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Brozovic-in bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Mənbə: GOAL

Oxşar xəbərlər