Kamçatkanın Şiveluç vulkanı yaxınlığında hiss olunan zəlzələ baş veribbackend

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi xəbər verir ki, Kamçatkada yerləşən Şiveluç vulkanı yaxınlığında güclü zəlzələ baş verib.

İki kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5,0 olub.

Zəlzələni Ust-Kamçatski vilayətinin Klyuçi kəndinin sakinləri hiss ediblər.

“Bu gecə saat 2.50-də Şiveluç vulkanı ərazisində, iki kilometr dərinlikdə, Klyuçi kəndində hiss olunan 5.0 bal gücündə zəlzələ baş verib”, – geofiziki xidmətin açıqlamasında deyilir.