Ərdoğan xəstəlikdən sonra səhhətinin yaxşı olduğunu deyirbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü yaxşı hiss etdiyini və xəstəlikdən sonra seçki proqramını bərpa etdiyini bildirib.

Bu barədə “A Haber” məlumat yayıb.

“Özümü olduqca yaxşı hiss edirəm. Biz mitinqlərin keçirilməsinə fasilə vermədik, bütün proqramı bərpa etdik”, – deyə prezident bildirib.

Ərdoğan aprelin 25-də canlı yayımda yerli telekanallara müsahibə verərkən özünü pis hiss edib. Jurnalist Türkiyə liderinə hökumətdə gələcək dəyişikliklərlə bağlı sual verməyə başlayandan sonra yayım kəsilib. Ertəsi gün Ərdoğanın iştirak etdiyi bütün rəsmi tədbirlər ləğv edildi.