Tbilisidə Qərbin təzyiqlərinə və inqilabi ssenarilərə qarşı mitinq keçirilibbackend

Tbilisidə sülh və sabitlik naminə, Gürcüstanda inqilabi ssenarilərin inkişafına və Qərbin təzyiqlərinə qarşı aksiya keçirilib.

Bu barədə “İnterfaks” xəbər verir.

Agentliyin məlumatına görə, nümayişin təşkilatçıları bunu ölkə vətəndaşlarının inqilab risklərinə və ölkəni müharibəyə sürükləmək cəhdlərinə mənfi münasibətini göstərmək məqsədi adlandırıblar.

Qeyd olunur ki, nümayişçilər Gürcüstan prezidenti Salome Zurabişvilini mövqeyinin radikal müxalifətin ideyaları ilə üst-üstə düşdüyünə görə tənqid ediblər. Mitinqin təşkilatçılarından biri Zaza Papuaşvili hakimiyyətdən “2004-2012-ci illərdə Milli Hərəkatın diktatura rejiminə siyasi-hüquqi qiymət verməyi” tələb edib.