Kanada rus oliqarxlarına qarşı sanksiyalar hazırlayırbackend

Kanada Xarici İşlər Nazirliyi Moldovanın işlərinə qarışdığına görə Rusiyadan olan “oliqarxlar”a qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bunu Kanadanın xarici işlər naziri Melani Coli Osloda NATO-ya üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı deyib.

TASS xəbər verir ki, onun çıxışı NATO-nun saytında yayımlanıb.

Coli qeyd edib ki, Kanada hakimiyyətinin fikrincə, “rus oliqarxları” Moldovanın daxili işlərinə qarışır.

“Tariximizdə ilk dəfə olaraq Moldova demokratiyasına dəstək olaraq sanksiyalar elan edəcəyik. Biz Moldovanın demokratiyasına müdaxilə etməyə çalışan rus oliqarxlarına qarşı tədbir görəcəyik”, – deyə nazir izah edib.

Mənbə: TASS