Reper Tupak Şakurun adı Şöhrət Xiyabanında əbədiləşdiriləcəkbackend

Mərhum reper Tupak Şakur (2Pac) Hollivudun Şöhrət Xiyabanında ulduzla təltif olunacaq.

Bu barədə TMZ məlumat yayıb.

Musiqiçinin şərəfinə ulduzun açılış mərasimində bacısı iştirak edəcək. Mərhum qardaşın adından mükafatı Sekaiva Şakur qəbul edəcək. Mərasimdə 2Pac sənədli filmi üzərində işləyən rejissor Allen Hughes və icraçı prodüser Camal Cozef də çıxış edəcəklər.

Şakurun ulduzu Şöhrət Xiyabanında 2758-ci ulduz olacaq. O, digər reperlərin – Nipsey Hussle, Snoop Dogg, Ice Cube və Dr. Dre-nin adlarının yanında yerləşəcək.

Mənbə: A haber