Kanye Uestin arvadı 35 min dollarlıq boyunbağı ilə poza verdibackend

Reper Kanye Uest həyat yoldaşı, model Bianca Censori ilə İnstaqramda yeni fotolar yerləşdirib.

Kadrların birində sevgililər qara libasda pozalar veriblər. 47 yaşlı Kanye Uest köynək, şalvar və idman ayaqqabısı ilə görüntülənib. Reper gümüş zəncir də taxıb.

29 yaşlı Bianca Censori atlaz midi yubka və ağ flip-floplarla tamamladığı şəffaf bodydə poza verib. Model geyimini oniks, savoritlər və brilyantlarla bəzədilmiş sarı qızılı rəngli Cartier boyunbağı ilə tamamlayıb.

Brendin rəsmi saytında pantera zinət əşyalarının qiyməti 35 min dollardır.