Məğlubiyyətsiz rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qarışıq döyüş növlərində (MMA) dağıstanlıların irlandiyalılardan üstün olduğunu deyib.
Bu barədə idmançı sosial şəbəkədə yazıb.
“İrlandiyada döyüşçü yoxdur, uşaqlar. Gəlin səmimi olaq. İrlandiyadan neçə döyüşçünün adını çəkə bilərsiniz? Paul Hughes və Conor McGregor, başqa kimlər? Onların döyüşçüləri yoxdur. Dağıstanlıların MMA səviyyəsi yüksəkdir, lakin İrlandiyanın səviyyəsi Dağıstanın yarısına belə dəyməz”, – Həbib bildirib.
Daha əvvəl keçmiş döyüşçü Den Hardi rusların MMA-da uğur qazanmasının səbəbini açıqlamışdı.