Britaniya Ukraynanın Rusiyanı vurmaq üçün raket hazırladığını açıqlayıbbackend

Ukraynanın PARS konstruktor bürosu Rusiyadakı hədəfləri vurmaq üçün nəzərdə tutulmuş Trembita raketinin təkmilləşdirilmiş versiyasını hazırlayır.

Bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Gələn il tamamlanması planlaşdırılan təkmilləşdirilmiş raketin uçuş məsafəsi və gücü artırılacağı gözlənilir. Nəşr qeyd edir ki, yeni “Trembita” 644 kilometrə qədər məsafədəki hədəfləri vurmaq iqtidarındadır ki, bu da nəzəri cəhətdən Moskvaya çatmağa imkan verir.

Raketin təxmini dəyəri 10.000 dollardır ki, bu da onu öz sinfində ən ucuz uzun mənzilli sursatlardan birinə çevirir.