Kəlbəcərdə traktor aşıb, ölən varbackend

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndində baş verib.

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi “ZL 50” markalı traktor tipli frontal yükləyicinin idarəetmədən çıxaraq aşması nəticəsində dünyasını dəyişib.