Məclisə girib masaları çevirdilər: Bakıda toyda insidentbackend

Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 19-da, saat 22 radələrində qeydə alınıb.

Toyda 1995-ci il təvəllüdlü V.Abdullayev və yaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa çatdırılıb.

Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.