Kəlbəcərdə mina hadisəsi baş verib.
İctimai.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü olan 1989-cu il təvəllüdlü Kürdəmir sakini Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.