Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur – Deputatbackend

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan ordusu darmadağın oldu və nəticədə Azərbaycan tərəfinin diqtəsilə noyabrın 10-da birgə bəyanat qəbul olundu. Bəyanata uyğun olaraq bu gün Ermənistan 1993-cü ildən bəri işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycan ordusuna təhvil verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonu olmaqla yanaşı, həm də olduqca çətin təbii relyefə malikdir:

“Ərazisinin çox böyük hissəsi sərt dağlıq ərazilərdən ibarətdir. Təbii ki, bizim qəti şübhəmiz yoxdur ki, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan digər ərazilərimiz kimi Kəlbəcərdə də böyük qəhrəmanlıq göstərərək bu rayonumuzu da işğaldan azad edə bilərdi. Lakin bəyanata uyğun olaraq Kəlbəcər döyüşsüz, qan tökülmədən Azərbaycana qaytarılır. Düşünürəm hadisələrin bu cür cərəyan etməsi bizim həm hərbi, həm də siyasi uğurumuzdur.

Kəlbəcər qan tökülmədən öz tarixi sahiblərinə qovuşur. Ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırıb çıxırdılar. Əgər bu, bir tərəfdən onların ənənəvi xislətini göstərirdisə, digər tərəfdən də onlar çox yaxşı başa düşürdülər ki, bir də bu ərazilərə qayıtmayacaqlar. Çünki bu evlərin əsl sahibləri qayıdırlar. 1993-cü ildə Kəlbəcərdən çıxarılan sakinlərimizin əksəriyyəti isə (digər ərazilərimizdə olduğu kimi) hələ də tərk etdikləri evlərinin açarlarını özlərində saxlayırlar. Onlar bilirdilər ki, Kəlbəcərə mütləq qayıdacaqlar”.

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)