ABŞ-da Kennedi ailəsinin yaşayan ən yaşlı üzvü olan 96 yaşlı Ethel Kennedi insult keçirərək xəstəxanaya yerləşdirilib.
Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Yaşlı qadın ötən cümə axşamı səhər yuxusunda insult keçirib. Qızı Kerri bildirib ki, Ethel hazırda yerli xəstəxanada müalicə olunur.
“O, özünü rahat hiss edir, ən yaxşı qayğını görür və ailəsi ilə əhatə olunub. O, bildiyiniz kimi, heyrətamiz dərəcədə dolu həyat yaşamış güclü qadındır”, – Kerri sosial şəbəkədə yazıb.
Ethel prezident Con Kennedinin gəlini Robert Kennedinin dul arvadı və bu yaxınlarda prezidentlik kampaniyasını başa vuran və Donald Trampı dəstəkləyən kiçik Robert Kennedinin anasıdır.















