Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün özü qərar verməlidir. Bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski özünün Telegram kanalında məlumat verib.
“Heç kim Zelenskiyə bu cür danışıqlar üçün göstəriş verməyəcək; Zelenski bu qərarı özü verməlidir”, – deputat qeyd edib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri (AFU) cəbhədə ağır vəziyyətdədir, ölkənin səfərbərlik resursu tükənmək üzrədir, iqtisadiyyatı və hərbi sənaye kompleksi döyüş meydanındakı vəziyyəti xeyrinə dəyişmək iqtidarında deyil.