Kərim Benzema La Liqada bütün zamanların bombardiri siyahısında beşinci olubbackend

“Real Madrid”in fransalı hücumçusu Kərim Benzema La Liqa tarixində ən yaxşı beşinci qolçudur.

Hücumçu İspaniya futbol çempionatının 21-ci turunun “Elçe” ilə oyununda dubl edib və o, hər iki qolu 11 metrlik qolları çevirərək – 31 və 45-ci dəqiqələrdə vurub.

Benzema La Liqada vurduğu qolların sayını 230-a çatdırıb. O, bombardirlər siyahısında 228 qola malik “Real Madrid”in sabiq hücumçusu Raulu keçib.

Mənbə: GOAL

İctimai.az