Şimali Koreya lideri Kim Çen In Si Cinpini yenidən Çin Xalq Respublikasının sədri seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In Çin liderini “yenidən seçilməsi münasibətilə səmimi təbriklər” göndərib və partiya, hökumət və Çin xalqının Si Cinpinə “yüksək etimadı” qeyd edib.
Təbrik teleqramında deyilir: “Partiyamız, hökumətimiz və xalqımız son illərdə Çin partiyası, hökuməti və xalqının müasir sosialist ölkəsi qurmaq uğrunda mübarizədə nəzərəçarpacaq irəliləyiş əldə etməsindən razıdır.
Mənbə: Gazeta.ru
İctimai.az
