Meta sosial şəbəkəni  Twitter-ə rəqib yaratmaq niyyətindədirbackend

Meta şirkəti  Twitter-in mərkəzləşdirilməmiş analoquna çevriləcək yeni sosial şəbəkənin istifadəyə verilməsi imkanlarını araşdırır.

Bu barədə “Reuters” korporasiyanın bəyanatına istinadən xəbər verir.

“Biz mətn yazılarının mübadiləsi üçün ayrıca mərkəzləşdirilməmiş sosial şəbəkə ideyasını araşdırırıq.

Biz hesab edirik ki, bloggerlərin və ictimai xadimlərin maraqlandıqları ilə bağlı xəbərləri paylaşa biləcəkləri ayrıca məkana ehtiyac var”, – deyə Mark Zukerberq şirkətinin açıqlamasında bildirilir.

Mənbə: Reuters

İctimai.az