Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?backend

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.

İctimai.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər.

“Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər“i təsdiqləyib.