Müğənni Rəqsanə İsmayılova Rusiyada saxlanılıb?backend

“Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.

O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”.