Karakasın icazəsi və qonşu dövlətlərin icazəsi olmadan Venesuela ərazisində istənilən hərbi əməliyyat bütün regiona qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.
Bunu Kolumbiya prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Kolumbiya və Venesuela bir xalq, bir bayraq, bir tarixdir. Qardaş ölkələrin razılığı olmadan istənilən hərbi əməliyyat Latın Amerikası və Karib hövzəsinə təcavüz olacaq”, – o yazıb.