Komitədən paytaxtda zorakılığa məruz qalan qızla bağlı AÇIQLAMAbackend

Dövlət Komitəsi paytaxtın Suraxanı rayonu ərazisində azyaşlının zorakılığa məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Komitə əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan hadisə araşdırılıb:

“Əməkdaşlarımız Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailənin evinə gedib. Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir”.