“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilibbackend

1 mart 2022-ci il tarixində “Loqos” un Azadlıq filialında Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına, Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planına əsasən “1 mart – Ümumdünya Mülki Müdafiə Günü” çərçivəsində “Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbiri açıq elan edən “Loqos” un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, təlimçi-ekspert  Rəşad Bayramov  “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” haqqında geniş məlumat verib və belə bir mövzunun hər zaman aktual olduğunu diqqətə çatdırıb.

Rəşad Bayramov “Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd olunmasında əsas məqsədin ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etmək olduğunu, mülki müdafiə və əhalinin təhlukəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işlərinin görüldüyünü vurğulayıb, bu məsələdə Fövqəladə Hallar Nazirliyi və digər aidiyatı qurumların fəaliyyətindən bəhs edib.

Seminar zamanı mövzu ətrafında geniş məlumat verilib və mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.