Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada 40-a yaxın naməlum silahlı şəxs Antenne A telekanalının direktoru Leonard Muhemeri ələ keçirib. Bu barədə “Actualite” nəşri məlumat yayıb.
Hadisə zamanı telekanalın binasına giriş bağlanıb, əməkdaşlarına iş yerlərini tərk etmək qadağan edilib. Muhemeri naməlum yerə aparılarkən jurnalistlərə heç bir şərh verilməyib.
Yerli sakinlər güman edirlər ki, Muhemeri telekanalın binasında xarici peyk avadanlığı axtaran DRC Milli Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 1991-ci ildə yaradılan Antenne A DRC-də ilk özəl telekanaldır.
Bundan əvvəl Konqo Demokratik Respublikası və Ruandanın xarici işlər nazirləri ABŞ-ın vasitəçiliyi ilə sülh sazişi imzalayıblar.