Konqresmen: Nümayəndələr Palatasındakı əksəriyyət Baydenin impiçmentinin başlanmasını dəstəkləyəcək

Konqresmen Marjorie Taylor Green hesab edir ki, ABŞ Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti ABŞ prezidenti Co Baydenə qarşı impiçment prosesi çərçivəsində təhqiqata başlamaq təşəbbüsünü dəstəkləməyə hazırdır. Bu barədə RİA Novosti məlumat yayıb.

O, sentyabrda qayıtdıqdan sonra impiçment araşdırması açmaq üçün Nümayəndələr Palatasında kifayət qədər səsə sahib olacağına əmin olduğunu bildirib. Mesaj Marjorie Taylor Green tərəfindən X (keçmiş Twitter) səhifəsində yerləşdirilib.

Palatada təşəbbüsü qəbul etmək üçün konqresmenlərin yarıdan çoxunun dəstəyini almaq lazımdır.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər