Yol qəzasında xəsarət alan fransalı aktyor və rejissor Matye Kassovitzin vəziyyəti yaxşılaşıb. Bu barədə “Frans Presse” agentliyinə aktyorun atası Peter Kassovitz məlumat verib.
Kassovitz Sr-ın sözlərinə görə, Matyenin keçirdiyi əməliyyatlar yaxşı keçib. Normal bərpa, istirahət və formaya qayıtma prosesi başlayır.
Peter Kassovitz oğlunun sağalması üçün əlindən gələni edən həkimlərə minnətdarlığını bildirib.
Mənbə: A Haber