“Könüllülükdən Karyeraya” adlı görüş keçirilibbackend

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi və “Azərbaycan Mədəniyyəti” sosial platformasının birgə təşkilatçılığı ilə “Könüllülükdən Karyeraya” adlı görüş keçirilib.

Ümidə Rəhimovanın moderatorluğu ilə onlayn şəkildə keçirilən görüşdə Millət vəkili Ceyhun Məmmədov, “Sosial Tədqiqatlar Mərkəzi”nin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, “İctimai.az” informasiya portalının baş redaktoru Rəşad Bayramov çıxış edib.
Çıxış edən natiqlər könüllülük anlayışı, onun gələcək karyeralarında əhəmiyyəti, Azərbaycanda könüllüyün tarixi, könüllülərin cəmiyyətdə rolu, dövlət könüllülük proqramları və digər mövzularda görüş iştirakçıları ilə öz fikirlərini bölüşüb.
Daha sonra “Azərbaycan Mədəniyyəti” sosial platformasının solistləri Ruhəngiz Musayeva və Tacir Əliyev ifaları ilə görüşdə çıxış ediblər.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıb.