Koronavirusa yoluxan Səyyad Əlizadə və xanımının son DURUMUbackend

Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə də koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin həyat yoldaşının vəziyyəti nisbətən yaxşıdır:

“Kəmalə xanımı ötən gün S.Əlizadənin müalicə aldığı Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirdik. Normal palatada müalicə alır. Həkimlər ciyərlərinin soyuqladığını deyir. S.Əlizadənin vəziyyəti isə ağır olaraq qalır”.