Koronavirusa yoluxanların sayında rekordbackend

Azərbaycanda koronavirusa (COVID-19) 1663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 16 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 15663 nəfərdir.

Ölkədə son sutka ərzində 11722, hazırkı dövrədək isə 1441230 test aparılıb.

Ümumi ölənlərin sayı 840 nəfərdir.

Ümumi yoluxanların sayı 65411 nəfər, ümumi sağalanların sayı 48908 nəfərdir.

İctimai.az