Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlanıbbackend

Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı yayımlanıb.

İctimai.az koronavirusinfo.az-a istinadən xəbər verir ki, ən çox yoluxma Bakıda qeydə alınıb.

Ümumi yoluxmanın 54,4 faizi Bakının, 14,1 faizi Abşeronun, 10,7 faizi Aranın, 7 faizi Gəncə-Qazaxın, 4 faizi Lənkəranın, 3,2 faizi Şəki-Zaqatalanın, 2,9 faizi Quba-Xaçmazın, 1,8 faizi Dağlıq Şirvanın, 1,1 faizi Yuxarı Qarabağın, 0,07 faizi Naxçıvanın payına düşüb.

Bakı rayonları üzrə isə yoluxma faizi belədir: Binəqədidə koronavirusa yoluxma 14,6 faiz, Xətaidə 12,8 faiz, Yasamalda 11,5 faiz, Sabunçuda 11,4 faiz, Nəsimidə 8,4 faiz, Nərimanovda 8 faiz, Suraxanıda 8,2 faiz, Nizamidə 7,3 faiz, Qaradağda 6,5 faiz, Xəzərdə 6,2 faiz, Səbaildə 4,8 faiz, Pirallahıda 0,3 faiz təşkil edib.

İctimai.az