Koronavirusa yoluxanların sayında rekordbackend

Azərbaycanda koronavirusa (COVID-19) 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, altı nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 6151 nəfərdir.

Ölkədə son sutka ərzində 9457, hazırkı dövrədək isə 1260193 test aparılıb.

İctimai.az