Körpələrin sağlam və firavan böyüməsində Leyla Əliyevanın əvəzsiz rolu – FOTObackend

Hər zaman xalqın əhatəsində olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gördüyü xoş əməlli işləri ilə hamının ürəyində özünə taxt qurubdur.

Ənənəsinə sadiq qalan Doğru.az bu gün sizlərə Leyla xanım Əliyevanın körpələrə olan qayğı və diqqətindən kiçik söhbət açacaq. Valideyn himayəsindən məhrum olaraq, körpələr evinə sığınan fidan balalarımız çox xoşbəxtdirlər ki, bu gün onları düşünən üzü nurlu, qayğıkeş, xoş düşüncəli, Leyla xanım Əliyeva var.

Valideyn himayəsindən məhrum olan uşaqların düzgün qidalanmasında, gözəl təhsil almasında Leyla xanımın xidmətləri böyükdür. Körpələrə müntəzəm olaraq baş çəkməsi, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyac olması ilə maraqlanması tükənməz mərhəmətindən xəbər verir. İstirahət, müxtəlif bayram və əlamətdar günlərdə körpələr üçün əyləncələr təşkil edərək və şəxsən özünündə iştirak etməsini görmək olar. Körpə balaların kiçik dünyalarında böyük sevincin olunması Leyla xanımın uşaqlara olan pak hislərindən, nümunəvi addımından ürək dolusu danışmaq olar.

Bu gün Leyla xanım Əliyevan körpələrlə çəkdirdiyi fotolar ölkə daxilində, ölkənin hüdudlarında nəşr olunan jurnalların, tarixi kitabların üz qabığında yer alması Azərbaycan qadınına xas olan ucalıqdan xəbər verir. Bəşər tarixinin şanlı salnaməsinə öz dəsti-xətti ilə daxil olan Leyla xanım Əliyevan xeyirxah olduğunu dünyaya əyani olaraq sübut edir.