Kürdəmirdə qəzada ağır xəsarət alan sürücü ölübbackend

Oktyabrın 31-də yol-nəqliyyat hadisəsi zamanı yaralanan Sumqayıt sakini bu gün ölüb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Sumqayıt şəhər sakini 26 yaşlı Sənan Vüqar oğlu Kərimov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Kürdəmir rayonunda qeydə alınıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokuroluğunda araşdırma aparılır.