Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Bişimbayev həyat yoldaşını öldürməkdə şübhəli bilinərək həbs edilibbackend

Əvvəllər məhkəmə tərəfindən iki ay müddətinə həbs edilmiş Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə şübhəli bilinir. Bu barədə Orda.kz portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Mövcud məlumata görə, Astanada restoranlardan birində Bişimbayevlə Nukenova arasında mübahisə baş verib və bu zaman keçmiş nazir arvadını şiddətlə döyüb. Aldığı xəsarətlər nəticəsində qadın dünyasını dəyişib.

Bişimbayevin cinayət yerində olan əmisi oğlu Nukenovanı xilas etmək imkanının olduğunu, lakin keçmiş nazir ona kömək göstərilməsinə mane olduğunu bildirib.

Mənbə: TASS