Şimali Koreya lideri Kim Çen In bildirib ki, KXDR və Rusiya Federasiyası ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığı hərtərəfli inkişaf etdirməlidir.
Bu barədə Pxenyan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafı KXDR və Rusiya Federasiyasının qarşılıqlı rifahına və inkişafına töhfə verməlidir. Şimali Koreya lideri qeyd edib ki, Moskva ilə Pxenyan arasında dostluq münasibətləri yeni strateji səviyyəyə yüksəlib.
KXDR rəhbəri qeyd edib ki, Şimali Koreya ilə Rusiya arasında yeni saziş bağlandıqdan sonra müxtəlif sahələrdə həmrəylik və əməkdaşlıq daha sıx, genişlənməyə və dərinləşməyə başlayıb.