Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Fələstin-İsrail münaqişəsini Yaxın Şərqdən kənara çıxarmaq istəməsindən şübhələnib.
“Mənə elə gəlir ki, bu cür ssenarilər hazırlayan insanlar əslində daha böyük böhrana səbəb olmaq istəyirlər. Bəlkə də amerikalıların istədiyi budur”, – diplomat RT-yə müsahibəsində bildirib.
Həmin gün Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov ABŞ-ın Yaxın Şərqdəki səhvlərini etiraf etmək əvəzinə, İsraili sərt tədbirlər görməyə sövq etdiyi fikrini bildirib.
Mənbə: RİA Novosti