Saakaşvili Gürcüstanda rusları hədələyibbackend

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, respublikada hakimiyyət dəyişikliyindən sonra Rusiya vətəndaşlarına yaşamaq icazəsinin verilməsi proseduru ləğv ediləcək

RİA Novosti siyasətçinin sosial şəbəkələrinə istinadən xəbər verir.

“Gürcüstana milli hökumət gələndən sonra ruslar üçün asanlıqla vətəndaşlıq və yaşayış icazəsi almağın müxtəlif yolları ləğv ediləcək”, – Saakaşvili bildirib.

Keçmiş dövlət başçısı vurğulayıb ki, daşınmaz əmlakın satışını təşviq etməklə ruslara “ölkəni tərk etmək üçün vaxt veriləcək”.

Onun sözlərinə görə, Gürcüstanda mövcud hakimiyyət Rusiya vətəndaşlarını turist kimi deyil, daimi sakin kimi qəbul edir. Saakaşvili hesab edir ki, hadisələrin bu cür inkişafı yolverilməzdir.

Mənbə: Sputnik