Lənkəranda avtobusla mikroavtobus toqquşubbackend

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.

Qeyd olunub ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara yolunda baş verib.

Rafiq Quliyevin idarə etdiyi 42-BN-598 dövlət nömrə nişanlı mikroavtobus Taleh Məhərrəmovun idarə etdiyi 42-AD-089 dövlət nömrə nişanlı avtobusla toqquşub.

Hadisə zamanı hər iki avtobusun boş olduğu bildirilir.

R.Quliyev yüngül xəsarət alıb. Nəqliyyat vasitələrinə ziyan dəyib.