Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıbbackend

Lerik rayonunun Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

APA-nın məlumatına görə, sözügedən yol gün ərzində yerli sakinlər və yol idarəsi tərəfindən görülən işlər səbəbindən bağlanıb.

Lerik rayonunun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun sözlərinə görə, bu gün səhər saatlarından görülən işlər nəticəsində yol qismən açılıb. Amma yola düşən daşı yerindən tərpətmək mümkün olmayıb:

“Bunun üçün xüsusi texnika lazımdır. Rayon icra hakimiyyətinin müraciəti əsasında həmin texnikanın rayona gətirilməsi gözlənilir”.

Qeyd edək ki, ərazidə təhlükəli vəziyyət hələ də qalmaqdadır. Buna görə də ərazidə təhlükəsizlik tədbirləri görmək üçün polis növbəli xidmət aparır.