Rumıniya sahillərində Tanzaniya bayrağı altında üzən gəmi batıbbackend

Tanzaniya bayrağı altında üzən “Məhəmməd Z” gəmisi Rumıniya sahillərində batdı, hərbçilər və Sərhəd Polisi əməkdaşları səkkiz dənizçini sudan xilas edə biliblər, daha üçü isə itkin düşüb. TASS bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Bu səhər Sent Corc adasından 26 dəniz mili aralıda naviqasiya qəzası baş verib. Rumıniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Xilasetmə Mərkəzinin koordinasiya etdiyi axtarış-xilasetmə əməliyyatı “Məhəmməd Z” gəmisinin batmasından sonra tam sürətlə davam edir”, – deyə məlumatda bildirilir.

Sərhədçilərin sözlərinə görə, qəza siqnalı saat 4:00 radələrində (Moskva vaxtı ilə üst-üstə düşür) daxil olub. Qəza bölgəsinə üç dəniz gəmisi, eləcə də iki Sərhəd Polis gəmisi göndərilib. Daha sonra iki ticarət gəmisi xilasetmə əməliyyatına qoşulub.

Mənbə: TASS