Leyla Əliyeva ilə çiçəklənən Azərbaycanın bu günü, sabahı və gələcəyi – FOTOLARbackend

İnsan sağlam bir şəraitdə yaşamasına əsas səbəb ekoloji cəhətdən təmiz və abad olan bir mühitin olmasıdır.

Doğru.az ənənəsinə sadiq qalaraq bu gün sizlərə Heydər Əliyev Fondunun vitse-prezidenti , İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Bizim həyət” layihəsi çərçivəsində gördüyü uğurlu işlərdən söhbət açacaq. Paytaxt Bakımızın günü-gündən gözəlləşərək, dünyanın bir çox şəhərlərinə meydan oxumasında Leyla xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Bakın yeni və köhnə tikili binalarında yaşayan sakinlərin təhlükəsiz və rahat formada yaşamaqları üçün “Bizim həyət” layihəsinin gördüyü uğurlu işlər günü-gündən artmaqdadır. Abadlaşmağa lüzum görünən həyətlərin dünya standlarına cavab verən şəkildə abadlaşaraq, göz oxşaması Leyla xanımın yorulmaz xidmətlərindən xəbər verir. Gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması “Bizim həyət” layihəsinin özəyini təşkil edir.

Abadlaşmağa doğru yön alan həyətlərdə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançalarının salınmasında Leyla xanım Əliyevanın gənclərə olan qayğı və diqqətini görmək olar. Hər zaman xalqın həssas qrupundan olan insanları diqqətdən kənar qoymayan İDEA İctimai Birliyi onları cəmiyyətə düzgün şəkildə inteqrasiyası olunmaqlarına kömək etmək üçün onlara hər cür şəraitin yaradılmasını şahidiyik. Bu gün çiçəklənən Azərbaycan xalqının sabaha doğru uğurlu addımlaması Leyla xanım Əliyevanın hər bir vətəndaşa olan məhəbbətindən, bitib-tükənməz sevgisindən ürək dolusu danışmaq olar.

Günü-gündən abadlaşan həyətlərdə yeni işıqlandırma dirəklərinin, təhlükəsizlik kameralarınn tətbiq olunması, bununla yanaşı binaların fasadlarının, dam örtüklərinın və giriş hissələrinin tam təmir olunaraq, istifadəyə verilməsi İDEA İctimai Birliyinin yorulmaz xidmətlərindən xəbər verir.

Fikirlərimi bu sözlərlə bitirmək istərdim İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva xalqını sevdiyi qədər xalqı tərəfindən də sevilən insan, görkəmli şəxsiyyətdir.